DTX: İşğalçı qüvvələr 2 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Koşki kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Təhlükəsizlik Xidmətinə bu barədə məlumat daxil olduqdan sonra dərhal  Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xətti aktivləşdirilib.

Eyni zamanda beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar.

Qeyri-qanuni saxlanılan şəxslərin qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür – deyə DTX-nin məlumatında bildirilib.