Azərbaycandan Gürcüstana qaçaq yolla keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
Yanvar ayının 2-də saat 21:00 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Nigeriya Federativ Respublikası vətəndaşı saxlanılıb.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.