30 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün statusunu dayandırıb

Dövlət universitetlərində təhsil alan 36 156 tələbə 2022-ci ildə statusunu dayandırıb. Bu barədə təhsilin idarəedilməsi informasiya sistemindən məlumat verilib.

Məlumata əsasən, 36 156 tələbədən 15 013-nün statusu maliyyə borcu səbəbilə dayandırılıb ki, bu da statusu dayandırılan tələbələrin 42%-ni təşkil edir.

Məlumat üçün onu da bildirək ki, tələbə statusunu xarici ölkədə ali təhsil müəssisəsində təhsil almaq, hamiləlik, doğuş, uşağa qulluq və ya sağlamlığın pisləşməsi, eləcə də maliyyə borcu və ya ali təhsil müəssisəsinin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hallarda dayandıra bilər.

Bundan əlavə, dayandırılmış tələbə öz statusunu yenidən aktivləşdirmək hüququna malikdir və tələbəlik dövründə status bir neçə dəfə dayandırıla bilər.