İtaliya və Fransa Ukraynaya HHM sistemləri üçün raketlər göndərmək niyyətindədir
İtaliya və Fransa 700-ə yaxın “Aster-30” zenit raketlərinin birgə alınması barədə razılığa gəlib.
Bu barədə “Il Messaggero” nəşri məlumat yayıb.
Bildirilib ki, “Aster-30” raketləri İtaliya və Fransanın Ukraynaya tədarük etmək istədiyi SAMP-T hava hücumundan müdafiə (HHM) sistemlərinin təchiz edilməsi üçün istifadə edilir. Digər tərəfdən, qeyd edilib ki, bütün raketlər yalnız Kiyev üçün nəzərdə tutulmayacaq, çünki onların bəziləri İtaliya və Fransanın arsenalında qalacaq.
Xatırladaq ki, İtaliyanın müdafiə naziri Quido Krozetto və onun fransalı həmkarı Sebastyen Lekornyu ötən gün Romada keçirilən görüşdə Ukraynaya HHM sistemlərinin çatdırılmasının texniki detallarını müzakirə ediblər.