Gürcüstan stendində təqdim olunan məhsullar xüsusi maraqla qarşılanıb
“Yaşıl Həftə 2023” (Grüne Woche) beynəlxalq sərgisinin rəsmi Facebook səhifəsi sərginin ziyarətçilərini Gürcüstan məhsulları ilə tanış olmaq üçün Gürcüstan stendinə baş çəkməyə dəvət edir.
Bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
“Yaşıl həftə 2023” tərəfindən dərc edilən mətndə qeyd olunub ki, sərgidə gənc gürcü sahibkarlar iştirak edir və onlar şərablar, içkilər, təbii içkilər, bal və digər gürcü məhsullarını qonaqlara təqdim edirlər.
Berlində keçirilən ən böyük beynəlxalq qida, kənd təsərrüfatı və bağçılıq sərgilərindən biri olan “Yaşıl Həftə 2023” (Gruene Woche 2023) sərgisində Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 16 gürcü şirkəti təmsil olunur.
Qeyd edək ki, Gürcüstan stendində təqdim olunan məhsullar qonaqlar və sərginin ziyarətçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.