Bayden administrasiyası Gürcüstana yeni səfir namizədini açıqlayıb
ABŞ Prezidenti Co Bayden ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri postuna Robin Danniqanın namizədliyini irəli sürüb.
Bu barədə Ağ Evin saytında yerləşdirilmiş məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda Avropa və Avrasiya Məsələləri Bürosunda ABŞ dövlət katibinin Mərkəzi və Şərqi Avropa üzrə köməkçisinin müavini işləyən Danniqan daha əvvəl ABŞ-ın Avstriyadakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Diplomat ABŞ-ın Vyetnam, Çili, Türkiyə, Kuba və El Salvadordakı səfirliklərində də fəaliyyət göstərib.
Robin Danniqan 2020-ci ildən ABŞ-ın Gürcüstanda səfiri vəzifəsini icra edən Kelli Deqnanı əvəz edəcək.