Nazir: Ölkəmizdə yeni münaqişə riski yaratmamaq üçün əlimizdən gələni edirik
Gürcüstan xüsusi vəziyyətdədir, bizim ölkəmizin 20 faizi işğal edilib.
Bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze jurnalistlərə açıqlamasında deyib.
“Bizim tərəfdaşlarımız, xalqımız da daxil olmaqla hamı başa düşməlidir ki, Gürcüstan xüsusi vəziyyətdədir. Bildiyiniz kimi, ölkəmizin 20 faizi işğal edilib. Bu reallığa əsaslanaraq, biz Ukraynaya yardım üçün, eyni zamanda, əlbəttə ki, ölkəmizdə yeni münaqişə riski yaratmamaq üçün əlimizdən gələni edirik”, – nazir qeyd edib.