İrakli Qaribaşvilinin Türkiyəyə səfəri başlayıb

Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.

Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə Ankarada Esenboğa hava limanına enib.

Qeyd edək ki, İrakli Qaribaşvili Türkiyəyə səfəri çərçivəsində Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək. O, eyni zamanda gürcüstanlı xilasedicilərin zəlzələdən sonra axtarış-xilasetmə işləri apardığı Hatayın Antakya şəhərinə də səfər edəcək.