İrakli Qaribaşvili Britaniya xarici işlər naziri ilə görüşüb

Baş nazir İrakli Qaribaşvili Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

Bu barədə məlumatı hökumət administrasiyası yayıb.

Bildirilib ki, hökumət administrasiyasında baş tutan görüşdə regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar müzakirə edilib, Qara dəniz regionunun təhlükəsizliyinin möhkəmləndirilməsində Gürcüstanın mühüm rolu vurğulanıb.

Baş nazir Ceyms Kleverliyə ölkəsinin suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə, habelə dövlət institutlarının möhkəmlənməsinə və demokratik inkişafa verdiyi töhfəyə görə təşəkkür edib.