Avtomobillərin texniki baxışı ilə bağlı cərimlər artırılıb

“İnzibati Xətalar Məcəlləsinə” edilən dəyişikliklər üçüncü oxunuşda parlament tərəfindən qəbul edilib. Bununla da avtonəqliyyat vasitələrinin texniki baxışdan təkrar keçirilməməsi hallarına görə inzibati məsuliyyət sərtləşdirilib.

Belə ki, qanunvericiliyə edilən  dəyişikliklərə əsasən, texniki baxışdan keçmək öhdəliyini yerinə yetirmədiyinə görə bir dəfə cərimə olunmuş avtonəqliyyat vasitəsinin sahibi 30 gün ərzində yoxlanış zamanı eyni qanun pozuntusuna yol verərsə, fiziki şəxs 150 lari, hüquqi şəxs isə 300 lari cərimə olunacaq. Qeyd edilən qanun pozuntusunun üçüncü dəfə təkrarlanması halında isə fiziki şəxsləri 300 lari, hüquqi şəxsləri isə 500 lari məbləğində cərimə gözləyir.

30 gündən sonra, hər sonrakı analoji qanun pozuntusu zamanı fiziki şəxs 500, hüquqi şəxs isə 700 lari cərimələnəcək.