Azərbaycan dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb – FOTO

Mart ayının 24-də saat 21:45-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən xəbər verilib.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.