Müdafiə Qüvvələrinin hərbi təlimləri keçirilib -VİDEO

Vazianidə Müdafiə Qüvvələrinin hərbi təlimləri keçirilib. Təlimlərdə 4-cü Piyada Briqadasının 43-cü Piyada Batalyonu iştirak edib.

Bölmələrin döyüş hazırlığının artırılması, döyüş elementlərinin birləşdirilməsi və əlaqələndirilmiş hərəkətlərin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər yaşayış və qeyri yaşayış ərazilərində aparılıb və ilk mərhələdə batalyon 50 kilometrlik taktiki yürüş həyata keçirərək toplanış ərazisini zəbt edib.

Təlim zamanı bölmələr mühəndis-kəşfiyyat qruplarının dəstəyi ilə canlı atəşlə müdafiə əməliyyatları həyata keçiriblər. Hərbi qulluqçular yaralıları təxliyə ediblər.

Gecə və gündüz şəraitində taqım səviyyəli situasiya çöl təlimi Vaziani poliqonunda döyüş atışları ilə başa çatıb.