Heydər Əliyevin 100 illiyinə həsr olunan boks turnirində Gürcüstandan olan idmançılar da iştirak edəcək
Martın 28-də Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Boks Mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək.
Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq.
Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək. Martın 28-də saat 10:30-da isə Boks Federasiyasının nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.