İrakli Qaribaşvili Azərbaycana səfərə gedir
Baş nazir İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına yola düşüb.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində baş nazirin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə təkbətək görüşü olacaq, bundan sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Onu da bildirək ki, baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.