ATƏT sədri Tbilisiyə səfərə gəlib
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Tbilisiyə səfərə gəlib.
ATƏT sədri bu barədə “Twitter”də bildirib.
Onun sözlərinə görə, səfəri çərçivəsində Osmani Prezident Salome Zurabişvili, xarici işlər naziri İlia Darçiaşvili, Parlamentin spikeri Şalva Papuaşvili ilə görüşlər keçirəcək.