Baş nazir ABŞ-ın sanksiya tətbiq etdiyi hakimlərə dəstəyini ifadə edib
Baş nazir İrakli Qaribaşvili ABŞ-ın sanksiya tətbiq etdiyi hakimlərə dəstəyini ifadə edib.
Hökumət başçısı Gürcüstanın Ali Ədliyyə Şurasının sədri Nino Kadaqidze ilə görüşdən sonra verdiyi açıqlamasında bildirib ki, hakimlərin impiçmenti üçün hər hansı bir dəlil təqdim edilməyib.
“Mən hökumət başçısı və hakim partiyanın lideri olaraq bütün hakimləri tam dəstəkləyirəm. Məhkəmə bizim hakimiyyətimiz dövründə müstəqil, xarici və daxili müdaxilələrdən azad olub. Hakimlərə istənilən müdaxilə və təsir qəbuledilməzdir”, – deyə İrakli Qaribaşvili bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Gürcüstanın Ali Ədliyyə Şurasının üç hazırkı və bir təqaüddə olan hakiminə sanksiya tətbiq edib və onların, eləcə də birinci dərəcəli ailə üzvlərinin ABŞ-a daxil olmasını qadağan edib.