Prezident ATƏT-in fəaliyyətdə olan sədri ilə regiondakı vəziyyəti müzakirə edib
Prezident Salome Zurabişvili ATƏT-in sədri vəzifəsini icra edən, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə regionda, eləcə də Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti müzakirə ediblər.
Bu barədə məlumatı Prezident administrasiyası yayıb.
Bildirilib ki, görüş zamanı regionun və Avropanın təhlükəsizliyi üçün çağırış kimi Ukraynadakı müharibəyə toxunulub, Qafqaz regionunda sülhün vacibliyi vurğulanıb.
Ölkə prezidenti ATƏT sədrinə Gürcüstanın işğal olunmuş ərazilərində insan haqları və humanitar vəziyyət barədə məlumat verib.
Prezident səmərəli əməkdaşlığa, demokratiyanın möhkəmləndirilməsi, mühüm islahatların aparılması baxımından ATƏT-in verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Bujar Osmani isə öz növbəsində ölkənin institusional islahatlar baxımından dəstəyi daha da gücləndirməyə hazır olduğunu bildirib.