ATƏT-in fəaliyyətdə olan sədri Tbilisidə Baş nazirlə görüşüb
Tbilisidə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə məlumatı Baş nazirin mətbuat xidməti yayıb.
Bildirilib ki, görüş zamanı ATƏT-lə beynəlxalq əməkdaşlıq məsələləri və Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi tərəqqi müzakirə edilib.
Tərəflər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüş zamanı Şimali Makedoniya xarici işlər nazirinin ATƏT-ə sədrliyi dövründə Gürcüstana səfər etməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də toxunulub.
İrakli Qaribaşvili Bujar Osmaniyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.