14 aprel Gürcüstanda Ana dili günüdür
Bu gün 14 aprel Gürcüstanda Ana dili günü qeyd edilir.
1978-ci ildə SSRİ Ali Şurası ölkədə gürcü dilinin rəsmi dövlət statusunun ləğv edilməsini, rus dilinin dövlət dili elan edilməsini qərara alıb. Buna etiraz olaraq həmin ilin aprelin 14-də Tbilisidə, indiki “Ana dili” parkı (“Deda ena”) və Rustaveli prospektində kütləvi etiraz aksiyalarının keçirilməsinə başlanılıb.
100 mindən çox iştirakçının qatıldığı etirazlarda ziyalılar, müəllimlər, tələbələr, eləcə eə sadə vətəndaşlar iştirak ediblər.
Kütləvi etirazlar fonunda Ali Şura geri addım atmağa məcbur olub və gürcü dilinin dövlət statusu qüvvədə qalıb.