“Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb

Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.

Fərman Ceyranlı aprelin 14-də həbsdən azad edilib.

Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.