Laçında nəzarət-buraxılış məntəqəsində avtomobillərin normal keçidi təmin olunub – VIDEO

Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib.

RealNews “Caliber.az”a istinadən xəbər verir ki, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət şəraitində həyata keçirilir.

Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.