Gürcüstanla İsrail azad ticarət sazişinin imzalanması üçün hazırlıqları başa çatdırıb
Gürcüstanla İsrail azad ticarət sazişinin imzalanması üçün hazırlıqları başa çatdırıblar.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onu da bildirək ki, Xarici işlər naziri İlya Darçiaşvili İsrailə səfəri zamanı bu ölkənin iqtisadiyyat naziri Nir Barkat ilə birgə azad ticarət sazişi üzrə tədqiqatların başa çatdırılması haqqında bəyannamə imzalayıb.
Görüş zamanı tərəflər, həmçinin iqtisadi sahədə, o cümlədən qarşılıqlı ticarət, investisiya qoyuluşu və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.