İliya Darçiaşvili İshak Hersoq ilə görüşüb – FOTO

İsraildə səfərdə olan ölkəmizin xarici işlər naziri İliya Darçiaşvili bu ölkənin Prezidenti İshak Hersoq ilə görüşüb.

Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinə diqqət yetiriblər.

“Söhbət zamanı İshak Hersoq İsrailin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb”, – deyə Gürcüstan XİN-in məlumatında bildirilib.