KİV: Ceyms Appaturay Gürcüstana səfər edəcək

NATO Baş katibi köməkçisinin müavini Ceyms Appaturay Gürcüstana səfər edəcək.

Bu barədə yerli telekanalların biri xarici KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Ceyms Appaturayın Tbilisiyə səfəri çərçivəsində əsas diqqət NATO-nun “Sülh və Təhlükəsizlik Elmi” proqramına yönəldiləcək.

Qeyd olunub ki, bu proqram NATO ilə tərəfdaş ölkələr arasında dialoq mexanizmidir.

Ceyms Appaturayın eyni zamanda Gürcüstanın hökumət nümayəndələri ilə də görüşəcəyi qeyd edilib. Səfərin konkret tarixi isə açıqlanmayıb.

Xəbərdə vurğulanıb ki, Ceyms Appaturayın Gürcüstana səfəri NATO-da Gürcüstanla bağlı səsləndirilmiş narahatlıqların ardınca baş tutacaq. Belə ki, aprelin 5-də NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina alyansın Gürcüstanda islahatların səviyyəsi ilə bağlı narahatlıqlarının olduğunu bildirib.