İlk Gürcüstan kökənli Azərbaycan dilli virtual ekosistem yaradılıb – Startup Network
2023-cü ilin Aprel ayında bir qrup istedadlı gənc texnoloji ekosistem yaratmağa qərara gəlib. Texnoloji ekosistemin mahiyyəti texnologiya, biznes, innovasiya və startap sevdalılarını bir araya gətirib, əməkdaşlıqlar qurmaqdır.
RealNews xəbər verir ki, bu barədə ekosistemin yaradıcılarından Amil Bayramov məlumat verib.
“Hazırda ekosistem tam virtual olaraq onlayn şəkildə uğurla fəaliyyət göstərir. Ekosistemin adını Startup Network qoyan təşəbbüskar gənclər bunlardır: Amil Bayramov, Cavid Mergen, Qara İsmayılov, Raznahan Hümbətov.
Bu təşəbbüsə sonradan digər gənclər də qoşulmaqla ekosistemin qurulmasında dəstək olmağa başladılar.
Ekosistem özünü quran və özünüidarəedən sərbəst bir şəbəkədir. Ekosistem daxilində müvafiq komandalar qurulub, hansılarkı avtonom şəkildə prosesdə birgə iştirak edirlər. Hazırda Startup Network ekosistemin nəznində 3 layihə var. Gələcəkdə yeni startaplar qurulub, ekosistemə daxil olması gözlənilir.
Gənclər öz aralarında Startup Networka qısaca SN olaraq adlandırırlar. SN gündən günə böyüyür. SN-nin genişlənməsi əsasən IT sahisində fəaliyyət göstərən insanlar sayəsində artır.” -deyə Amil Bayramov bildirib.
Məlumata görə, SN-ə qoşulmaq istəyən şəxslər çoxdur. Hamı SN-nin anketini doldura bilər, amma müvafiq təhlil və uyğunluqdan sonra müəyyən sayda insan qoşulma imkanı əldə edə bilir. Bütün prosesləri avtomatlaşdırmaq və beləliklə gələcəkdə daha effektli bir şəbəkəyə çevrilməyə iddialıdırlar.
Hazırda müxtəlif ölkədə yaşamaqla ekosistemdə fəaliyyət göstərən çoxlu sayda gənc var. Misal, Gürcüstan, Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Almaniya, İtaliya və s. Hazırda, formal olaraq, ekosistemin mərkəzi Tbilisi şəhəridir.
Gənclərin dediyinə görə, ekosistemin bəhrəsini yaxın gələcəkdə hiss etmək olacaq. Hazırda Startup Network ilk Gürcüstan kökənli Azərbaycan dilli virtual ekosistemdir.