İrakli Qaribaşvili Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib – FOTO

3 iyun tarixində Baş nazir İrakli Qaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.

Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Məlumata əsasən, andiçmə mərasimindən sonra Türkiyə Respublikasının Prezidenti yüksək səviyyəli qonaqları Çankaya sarayında şam yeməyində qonaq edib.

Mərasim başlamazdan öncə İrakli Qaribaşvili və Rəcəb Tayyib Ərdoğan arasında qeyri-rəsmi görüş baş tutub. Ərdoğan ölkəmizin baş nazirinə dəvəti qəbul edib mərasimə qatıldğı üçün təşəkkür edib.