Baş nazir Almaniyaya səfərə gedib – FOTO
Baş nazir İrakli Qaribaşvili Almaniyaya işgüzar səfərə gedib.
Bu barədə məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.
Villi Brandt adına Berlin-Brandenburq hərbi hava limanında baş nazir İrakli Qaribaşvilinin qarşılanma mərasimi olub.
Bildirilib ki, İrakli Qaribaşvili səfər çərçivəsində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüş keçirəcək.