2005-ci il təvəllüdlü əsgər Yusif Nəsibovun ölümü ilə bağlı Nazirlikdən açıqlama – RƏSMİ

Müdafiə Nazirliyi Marneuli hərbi hissəsində 18 yaşlı əsgər Yusif Nəsibovun ölümü ilə bağlı məlumat yayıb.

Nazirliyin rəsmi məlumatına əsasən mərhum çənəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

“Cari il iyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi əsgəri 2005-ci il təvəllüdlü Yusif Nəsibovun ölümü ilə bağlı Cinayət məcəlləsinin 115-ci maddəsinin birinci hissəsi ilə araşdırmalar başlayıb.

İstintaq zamanı müəyyən edilib ki, adıçəkilən hərbi qulluqçu hadisə zamanı üzərində olan silahla növbətçilikdə olub. Silah səsi ilə əlaqədar postda yoxlama aparılıb və İ.Nəsibov ölmüş vəziyyətdə aşkar edilib.

İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Müdafiə Nazirliyi qeyd olunan faciəvi hadisədən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verir”. – deyə nazirliyin yaydığı bəyanatda qeyd edilib.