İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirilib – FOTO
Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirilib.
Hökumət administrasiyasından verilən məlumata görə iclasda iqtisadi artımın müsbət göstəriciləri müzakirə edilib. Mövcud çağırışlara baxmayaraq, Gürcüstan iqtisadiyyatının sabitliyi qoruyub saxladığı və 2023-cü ilin aprelində 7,5 faiz iqtisadi artım qeydə alındığı, bu ilin yanvar-aprel aylarında isə iqtisadi artımın orta tempinin 7,3 faiz təşkil etdiyi qeyd edilib. Aprel ayında ixracın həcmi 20,4% artıb, 2023-cü ilin birinci rübündə isə turizmdən gələn gəlirlərin artımı 100%-i ötüb.
İclasda yoxsulluğun və işsizliyin tarixi minimum həddə olduğu vurğulanıb.
Söhbət zamanı inflyasiyanın azalmasının müsbət tendensiyalarına toxunulub. Qeyd olunub ki, regionda və dünyada mövcud olan çağırışlar fonunda 2023-cü ilin may ayında illik inflyasiyanın səviyyəsi əvvəlki ayla müqayisədə 1,2 faiz azalaraq 1,5 faiz təşkil edib ki, bu da inflyasiya təzyiqinin əhəmiyyətli dərəcədə azaldığını göstərir.
Qeyd olunub ki, 2022-ci ilin may ayından sonra Gürcüstanda inflyasiyanın azalması tendensiyası müşahidə olunub və inflyasiyanın səviyyəsi Milli Bankın müəyyən etdiyi hədəfdən – 3%-dən aşağı düşüb.