Məktəbi bitirənlər attestatlarını iyul ayının 3-dən etibarən ala biləcəklər
İyulun 3-dən etibarən, tam ümumi təhsili təsdiq edən attestatın verilməsi üçün ərizələrin qəbuluna və sənədlərin verilməsinə başlanılacaq.
Bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, bu il ölkə üzrə 47 306 şagird orta məktəbi bitirib. Attestat üçün ərizə təqdim etdikdən sonra 10-cu iş günündə attestatı pulsuz əldə etmək mümkündür.
Məlumat üçün onu da bildirək ki, ödənişsiz olaraq attestatların verilməsi cari ilin dekabrın 31-dək davam edəcək. Sürətləndirilmiş qaydada götürüldükdə isə əlavə olaraq müvafiq rüsum ödənilməli olacaq.