XİN: Azərbaycanla strateji tərəfdaşlıq regional maraqlar baxımından vacib əhəmiyyət kəsb edir

Azərbaycanla strateji tərəfdaşlıq regional maraqlar baxımından vacib əhəmiyyət kəsb edir.

Bunu xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentində “nazir saatı” formatında keçirilən dinləmədə çıxışı zamanı deyib. Nazir Azərbaycanla Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə Qara Dəniz Sualtı elektrik enerjisi kabeli layihəsində iştirakını xatırladıb.

Darçiaşvili vurğulayıb ki, sözügedən layihə Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcək, həmçinin ölkəyə yeni rol və funksiya təqdim edəcək.