Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqlar ikitərəfli formatda davam edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-da baş tutan danışıqlar ikitərəfli formatda davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında iyunun 28-də keçirilən ikitərəfli görüş dörd saatdan çox davam edib.
İyunun 29-a qədər davam edəcək danışıqların ilk mərhələsi ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc P.Şults adına Xarici Əlaqələr üzrə Milli Təlim Mərkəzində aparılıb.
Xatırladaq ki, görüşün Blinkenin iştirakı ilə üçtərəfli formatda davam etdirilməsi gözlənilmir.