Güclü yağış və külək Laqodexidə evlərə, əkin sahələrinə ciddi ziyan vurub – FOTO

Laqodexiyə yağan güclü yağış və külək bələdiyyənin kəndlərində ciddi fəsadlar törədib.
Bu barədə məlumatı Laqodexi Meriyası yayıb.

Qeyd edilib ki, təbii fəlakət sakinlərin evlərinə və əkin sahələrinə ziyan vurub, elektrik xətləri və dayaq dirəkləri zədələnib, ağaclar kökündən qopub, magistral yol bağlanıb.

Məlumata görə, Bələdiyyə meri Jondo Mdivnişvili və digər rəsmilər mövcud vəziyyətlə yerindəcə tanış olublar. Fəsadların aradan qaldırılması üçün xüsusi texnika və bələdiyyənin xilasetmə xidməti səfərbər edilib.