Gürcüstanda dəhşətli hadisə: Ayı 2 qadın və bir azyaşlını…

Acarıstanın Şuaxevi bələdiyyəsinin Dabadzveli kəndində ayı iki qadın və bir azyaşlı uşağa hücum edib.

Bu barədə məlumatı “Batumelebi”  yayıb.

Hadisə nəticəsində 6 yaşlı uşaq xəsarət alıb və ona 12 tikiş vurulub.

Mövcud məlumata görə, 74 yaşlı qadın nəvəsi və gəlini ilə ayı balalarına rast gəliblər, daha sonra ana ayı onlara hücum edib.