Xərçəng xəstələrinin müalicəsi dövlət tərəfindən maliyələşdiriləcək
Xərçəng xəstəliyi daşıyan vətəndaşların tam müalicəyə çıxış imkanlarını artırmaq üçün ümumi sağlamlığın qorunması üzrə dövlət proqramına dəyişikliklər edilib.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, Gürcüstan üzrə bütün xərçəng xəstələri üçün kimyaterapiya, şüa terapiyası, hormon terapiyası və dərman preparatları dövlət tərəfindən maliyələşdiriləcək.
Artıq illik gəliri 40 min laridən çox olan xəstələr də dövlətin ayırdığı yardımdan yararlanacaqlar.
Yenilik sığortalı veteranlara da şamil ediləcək.
Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir vətəndaş üçün bərabər şəkildə əlçatan olacaq.