Oni bələdiyyəsində daha iki nəfərin meyiti tapılıb – FOTO
Torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha iki nəfərin meyiti tapılıb.
Bu barədə Fövqəladə Halların İdarəolunması Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlamasında bildirib.
Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Onlardan 20 nəfərin kimliyi artıq müəyyənləşdirilib.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi olub. Nəticədə 24 nəfər ölüb, daha 9 nəfərin isə axtarışları davam etdirilir.