Təbii fəlakət nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb – FOTO
Oni bələdiyyəsində daha bir nəfərin meyiti tapılıb.
Bu barədə Fövqəladə Halların İdarəolunması Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlamasında məlumat verib.
O, meyitin çayın yatağında aşkar edildiyini, hazırda ekshumasiya işlərinin davam etdirildiyini bildirib. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Temur Mğebrişvili sürüşmə zonasında həmçinin aşağı ətrafların aşkarlandığını, itkin düşən 11 nəfərin axtarışlarının davam etdirildiyini qeyd edib.