MN: Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilib.

“Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.