14 yaşlı qızı qətlə yetirən “həyat yoldaşı” belə saxlanıldı – VİDEO

Saqareco bələdiyyəsinin Ləmbəli kəndində qeyri-rəsmi nikahda olduğu 14 yaşlı qızı qətlə yetirən 28 yaşlı Alim Sadiqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin  yaydığı məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı odlu silahdan atəş açaraq qətlə yetirib. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Alim Sadiqovu təqsirləndirilən şəxs qismində həbs edib, cinayətdə istifadə edilən silah isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 11 prima 109, 143 və 236-cı maddələri ilə istintaq aparılır. 28 yaşlı A.S yetkinlik yaşına çatmayan şəxsi qaçırmaqda, ailə üzvünü qəsdən öldürməkdə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham edilir. Bundan əlavə, Kvemo Kartli Polis Departamenti təqsirləndirilən şəxsə qarşı mümkün nikaha məcbur etmək faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq başladıb.