İrakli Qaribaşvili Əli Əsədovla görüşüb – FOTO

Tbilisidə səfərdə olan Azərbaycanım Baş naziri Əli Əsədov İrakli Qaribaşvili ilə görüş zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq əlaqələrini müzakirə edib.

Bu barədə Hökumət administrasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, tərəflər Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq əlaqələrinin vacibliyini müzakirə ediblər. Məlumatda bildirilib ki, Baş nazir İrakli Qaribaşvili Azərbaycanla yaxın əməkdaşlıq içərisində qarşılıqlı maraqlar əsasında enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Qeyd olunub ki, İrakli Qaribaşvili Azərbaycana Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə və tanımama siyasətinə görə təşəkkür edib.

“İrakli Qaribaşvili Əli Əsədova Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib”, – məlumatda bildirilib.

Görüşdə regionda sülh və sabitliyə xüsusi diqqət yetirildiyi qeyd olunub.