Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat tədbiri keçiriləcək

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi” və “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat tədbiri keçiriləcək.

RealNews.ge xəbər verir ki, bu barədə “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndən məlumat verilib.

Tədbir 2 dekabr 2023-cü il tarixində Qardabani rayonunun Mədəniyyət Evində keçiriləcək.

Saat : 15:00

Ünvan: Ağmaşenebeli küçəsi (Qardabani Mədəniyyət Evi )

Ətraflı məlumat üçün: +995 599 60 18 77