DİQQƏT! Sabahdan etibarən avtomobillə səs-küy salanlar 1000 lariyədək cərimə olunacaqlar
Dekabrın 14-dən etibarən küçədə hərəkət edərkən, səs-küy salaraq əhali üçün narahatçılıq yaradan avtomobillərin sahibləri cərimələnəcək.
Belə ki, Parlament üçüncü oxunuşda “İnzibati Xətalar Məcəlləsi” və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsinə əsasən sözügedən qaydanının pozulması sürücülük vəsiqəsinin ballarının azaldılması ilə nəticələnəcək.
İlk qayda pozuntusuna görə cərimənin məbləği fiziki şəxs üçün 150 lari, hüquqi şəxs və fərdi sahibkar üçün 1500 lari olacaq. Təkrarlandığı halda cərimənin məbləği fiziki şəxslər üçün 500 lari, hüquqi şəxslər və fərdi sahibkarlar üçün 5000 lari olacaq. Üçüncü və hər bir sonrakı halda cərimənin məbləği fiziki şəxs üçün 1000 lari, hüquqi şəxs və fərdi sahibkar üçün isə 10 000 lari təşkil edəcək.