Müəllimlərə şad xəbər: Maaşlar 500 lari artacaq
Statusundan asılı olmayaraq müəllimlərin 70%-nin əmək haqqı 500 lari, qalan 30%-nin isə əmək haqqı saata mütənasib olaraq artacaq.
Bunu təhsil və elm naziri Giorgi Amilaxvari deyib.
“Əmək haqqının ədalətli inkişafından sonra biz məktəb bazasında müəllimlərin peşəkar inkişafını təmin edən sistemin qurulması, onların karyera yüksəlişi mexanizmlərinin təkmilləşdirilməsi və bu prosesdə məktəb ictimaiyyətinin rolunun gücləndirilməsi istiqamətində işi davam etdirməliyik. Təxminən 51.000 statuslu müəllimimiz var və statusundan asılı olmayaraq, əsasən tam ştatlı işçilər olan müəllimlərin 70%-i orta əmək haqqı 500 lari və ya daha çox artım alacaq. Qalan 30% müəllimlərin əmək haqqı saatlara nisbətdə artacaq. Heç bir müəllim, vurğulayıram, ixtisar edilməyəcək, amma hamıya 125 lari əlavə olaraq nəzərdə tutulduğundan artıq maaş artımı veriləcək. Yeni layihə isə ixtisasları təsdiqlənmiş müəllimlərə aid olacaq”, – deyə Giorgi Amilaxvar bildirib.