Azərbaycanın Gürcüstandakı Səfirliyi müraciət ünvanlayıb
Azərbaycanın Gürcüstandakı Səfirliyi 2024-cü ilin 7 fevral tarixində keçiriləcək Prezident seçkiləri ilə bağlı Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edir.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaq.
Müraciətdə deyilir: Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə! 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaqdır.
Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının seçki siyahısına əlavə olunmaları məqsədilə cari ilin 29 dekabr tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə müraciət etmələri xahiş olunur”.
Telefon: +995 555 250 993, +995 32 224 30 04
Elektron poçt: [email protected]
Qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşı seçki siyahısına əlavə edilməsi üçün, müraciət zamanı tam adını (adı, soyadı və ata adı), doğulduğu tarixi (gün, ay və il), qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatı Səfirliyə təqdim etməsi zəruridir.