DƏHŞƏT: Tbilisi metrosunda ölüm hadisəsi…
Tbilisi metropolitenində dəhşətli hadisə baş verib.
Belə ki, “Dövlət Universiteti” stansiyasında bir kişi relslərə düşüb. Hadisə nəticəsində kişi həlak olub.
Şahidlərin dediyinə görə, o, sərxoş vəziyyətdə olub. Hadisə yerində polis işə cəlb edilib və Saburtalo xətti üzrə qatarlar dayandırılıb.
Hazırda ikinci xətt yalnız “Delisi” stansiyasına qədər işləyir. Bu barədə Tbilisi Nəqliyyat Şirkəti məlumat yayıb.