100 yaşlı kişi 102 yaşlı qadınla evlənib – VİDEO
Filadelfiyada 100 yaşlı kişi və 102 yaşlı qadın evləniblər. Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, bu addımla onlar dünyanın evlənən ən yaşlı cütlüyü olublar.
Xarici mətbuatın verdiyi məlumata əsasən, Litman və Fitterman bir-birilərini kostyumlar gecəsində tanıyıblar. Daha sonra isə məlum olub ki, onlar eyni vaxtda Pensilvaniya Universitetində təhsil alıblar, lakin həmin dövrdə görüşməyiblər.
Bizi WhatsApp – da izləyin.