Qarşıdakı günlərdə gözlənilən hava proqnozu açıqlanıb

12-14 dekabr tarixlərində Gürcüstanın əksər yerlərində yağış, sulu qar, yüksək dağlıq ərazilərdə isə güclü qar yağacağı, güclü qərb küləyi əsəcəyi, dənizdə isə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, gözlənilən yağıntılar Qərbi Gürcüstanda çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, təpəlik ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə, həmçinin ölkənin yüksək dağlıq rayonlarında qar uçqunlarının formalaşmasına səbəb ola bilər.

Bir sıra yolların bəzi hissələrində güclü qar, qar uçqunu təhlükəsi, buzlanma və görünüş məsafəsinin azalması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Bizi WhatsApp – da izləyin.