DİQQƏT! Havalar kəskin soyuyacaq…

Dekabrın 19-dək ölkə ərazisində qeyri-sabit, şaxtalı hava şəraiti müşahidə olunacaq.

Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumata əsasən, qeyd edilən tarixədək ölkənin əksər yerlərində hava əsasən yağmursuz, lakin şaxtalı keçəcək. Arabir şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturunun gecə -3, -5, gündüz isə +4, +6 dərəcə olacağı proqnozlaşdırılır.

Bizi WhatsApp – da izləyin.