Şaxta güclənəcək – Dekabrın sonunadək hava proqnozu
Dekabr ayında Gürcüstanda hava şəraiti necə olacaq – bu barədə yerli mətbuata Ətraf Mühitin Hidrometeoroloji Proqnozlar İdarəsinin rəhbəri Svetlana Nioradze açıqlama verib.
“Qərbi və Şərqi Gürcüstanda orta temperaturun normadan +1 dərəcə yüksək olacağını gözləyirik. Yağıntılar Qərbi Gürcüstanda normaya uyğun və daha artıq, Şərqi Gürcüstanda isə normaya uyğun olacaq. Dekabr ayında hər cür yağıntıya rast gələ bilərik.
Qərbi Gürcüstanın düzənliklərində bəzi günlərdə temperaturun +19 dərəcəyədək yüksəlməsi mümkündür. Şərqi Gürcüstanın düzənliklərində isə temperatur +16 dərəcəyədək qalxa bilər.
Gecələr Kolxeti düzənliyində bəzi günlərdə temperaturun -5 dərəcəyədək düşməsi ehtimal olunur. Şərqi Gürcüstanın düzənliklərində, Şida Kartlidə temperatur -13 dərəcəyədək enə bilər, Kvemo Kartlidə isə -8 dərəcəyədək düşməsi mümkündür,” – deyə Svetlana Nioradze bildirib.
Bizi WhatsApp – da izləyin.