“TBC” və “Bank of Georgia”nın ayırdığı 5 milyon larilik yardımdan kimlər yararlana bilər?
Ölkədəki mövcud vəziyyətdən zərər çəkən vətəndaşlara və biznesə dəstək məqsədilə Gürcüstanın iki bankı – TBC və Bank of Georgia birgə 5 milyon larilik maliyyə yardımı ayırıb.
Bu barədə “Bank of Georgia” məlumat yayıb.
Qeyd edilib ki, maliyyə resursları kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək. Həmçinin aksiyalar zamanı zərər çəkmiş vətəndaşlara hüquqi, maliyyə və ya sağlamlıqla bağlı dəstək verən fondlara da dəstək olunacaq. TBC və Bank of Georgia tərəfindən ayrılmış 2,5 milyon lari tərəfdaş bizneslərlə birgə təşəbbüslərin həyata keçirilməsinə sərf olunacaq.
Bu barədə daha ətraflı məlumatla xüsusi yaradılmış vebsaytda tanış ola bilərsiz.
Bizi WhatsApp – da izləyin.